Modern.az

Nazir İranla müharibəyə görə gecələr yata bilmir

Nazir İranla müharibəyə görə gecələr yata bilmir

Dünya

Bu gün, 13:34

İtaliyanın müdafiə naziri Qvido Krozetto İranla bağlı mümkün müharibə ssenariləri barədə narahatlığını ifadə edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, yaxın həftələrdə baş verə biləcək hadisələr və onların iqtisadiyyata, eləcə də gündəlik həyata təsiri ilə bağlı məlumatlar onu ciddi narahat edir:

“Yatmağa imkan verməyən məsələləri bilməyə məcburam. Yaxın həftələrdə nə baş verə biləcəyini, bunun iqtisadiyyata və gündəlik həyatımıza hansı təsirləri olacağını düşünürəm”.

Krozetto qeyd edib ki, İtaliya bu müharibəni dəstəkləməyib və rəsmi Romanın mövqeyi soruşulmayıb:

“Biz bu müharibəni dəstəkləməmişik və heç kim bizim fikrimizi soruşmayıb”.

Nazirin sözlərinə görə, müharibələrin davam etmə müddəti güclü tərəfdən çox zəif tərəfin müqavimətindən asılıdır:

“Müharibələrin müddəti güclünün gücündən deyil, zəifin müqavimətindən asılıdır. İranın potensialı nəzərə alınmalıdır. İran Ukraynadan daha böyükdür, daha çox əhaliyə malikdir və minilliklərə söykənən tarixə sahibdir”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB