İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə "Əl-Hədət" telekanalının məlumatında bildirilib.
İran mənbələri ölkənin məhkəmə sisteminin rəhbərinə Tehranda zərbə endirildiyini bildiriblər.
Qulam Hüseyn Möhseni-Ejei (1956-cı il təvəllüdlü) 1984-cü ildən bəri müxtəlif dövlət vəzifələrində çalışıb. O, 2005-ci ildən 2009-cu ilin iyul ayına qədər İranın kəşfiyyat naziri vəzifəsini tutub. 2021-ci ildən bəri İran Ali Məhkəməsinin rəhbəri - Baş hakimi vəzifəsində çalışırdı.
İran hakimiyyəti hələlik bu xəbərə rəsmi münasibət bildirməyib.
Ali Lider Əli Xamenei öldürüləndən sonra Möhseni-Ejei müvəqqəti Liderlik Şurasında prezident Məsud Püzüşkian və Əli Rza Ərafi ilə birlikdə çalışırdı.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, Bu hücumlar nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei də daxil olmaqla onlarla yüksək vəzifəli şəxs həlak olub.