İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin öldürülməsi barədə İsrail tərəfinin bir neçə gün öncə yaydığı xəbər təkzib olunub.
Modern.az xəbər verir ki, İran mətbuatı Möhseni-Ejeinin bu gün yaydığı müraciəti ictimailəşdirib.
Qulam Hüseyn Möhseni-Ejeinin “İran üçün qurban” kampaniyasına qoşulduğunu və lazım gələrsə ölməyə hazır olduğunu bəyan edib.
Qulam Hüseyn Möhseni-Ejei (1956-cı il təvəllüdlü) 1984-cü ildən bəri müxtəlif dövlət vəzifələrində çalışıb. O, 2005-ci ildən 2009-cu ilin iyul ayına qədər İranın kəşfiyyat naziri vəzifəsini tutub. 2021-ci ildən bəri İran Ali Məhkəməsinin rəhbəri - Baş hakimi vəzifəsində çalışır.
Ali Lider Əli Xamenei öldürüləndən sonra Möhseni-Ejei müvəqqəti Liderlik Şurasında prezident Məsud Püzüşkian və Əli Rza Ərafi ilə birlikdə çalışır.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, Bu hücumlar nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei də daxil olmaqla onlarla yüksək vəzifəli şəxs həlak olub.