Modern.az

İran ABŞ-ın ikinci F-35 qırıcısını VURDU

İran ABŞ-ın ikinci F-35 qırıcısını VURDU

Dünya

Bu gün, 10:12

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın mərkəzi səmasında ABŞ-a məxsus ikinci F-35 qırıcı təyyarəsini vurduğunu bəyan edib.

Modern.az xəbər verir ki, SEPAH cümə günü ikinci F-35 qırıcı təyyarəsinin İranın mərkəzi səmasında Aerokosmik Qüvvələrinin yeni qabaqcıl müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb.

Bildirilib ki, vurulan qırıcı təyyarə Lakenheath eskadrilyasına məxsusdur.

İran mediası vurulan təyyarənin qalıqlarının fotoşəkillərini yayımlayıb.

SEPAH-ın açıqlamasında deyilir ki, son on iki saat ərzində bu, hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilən ikinci qırıcı təyyarədir. Onun parçalanması səbəbindən pilotun taleyi barədə heç bir məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı soydaşlarımıza ŞOK XƏBƏR - Deportasiya başlayır!