Modern.az

Azərbaycan neftində rekord qiymət - 142 dollara yaxınlaşır

Azərbaycan neftində rekord qiymət - 142 dollara yaxınlaşır

İqtisadiyyat

3 Aprel 2026, 09:42

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir