Amerikanın aprelin 3-də vurulan F-35 qırıcı təyyarəsinin pilotunu azad etmək səyləri uğursuz olub.
Modern.az xəbər verir ki, bu barədə İranın yarımrəsmi “Tasnim”Agentliyi məlumat yayıb.
İran Ordusundakı mənbələr bildirirlər ki, amerikalılar bir neçə saatdır aprelin 3-də vurulan F-35 təyyarəsinin pilotlarını Black Hawk helikopterləri və Hercules 130 təyyarələrindən istifadə edərək axtarırlar; lakin səyləri uğursuz olub.
İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunsa da, bu barədə hələ ki rəsmi məlumat yoxdur.
Məlumata görə, qırıcı təyyarənin pilotu katapult edərək ölkə daxilində eniş edib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son sutkada İranın mərkəzi səmasında ABŞ-a məxsus iki F-35 qırıcı təyyarəsinin vurulduğunu bəyan edib.
İran mediası vurulan təyyarənin qalıqlarının fotoşəkillərini yayımlayıb.