Modern.az

Rusiya Xarkovu vurdu, ölənlər var

Rusiya Xarkovu vurdu, ölənlər var

Dünya

Bu gün, 18:45

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Dron düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.

Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı