Modern.az

İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm - Tramp

İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm - Tramp

Dünya

Bu gün, 18:32

ABŞ və İranın bazar ertəsinədək münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılığa gəlməsi ehtimalı var.

Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump bu fikirləri “Fox News” telekanalına verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, əgər saziş imzalanmasa və ya İran prosesi gecikdirsə, Vaşinqton administrasiyası ölkənin enerji sektorunu nəzarətə götürmək variantını nəzərdən keçirə bilər.

“Əgər razılaşma əldə olunmasa – özü də qısa müddətdə – bütün obyektləri məhv etmək və neftə nəzarəti ələ almaq imkanını qiymətləndirirəm... Hesab edirəm ki, artıq sabah üçün yaxşı imkan var, danışıqlar hazırda davam edir”, – deyə Tramp bildirib.

Bundan əlavə, o qeyd edib ki, İran adından danışıqlar aparan nümayəndələrə dialoqu davam etdirmək üçün hazırda amnistiya tətbiq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı