Modern.az

Ağac aşdı, üç nəfər öldü

Ağac aşdı, üç nəfər öldü

Dünya

5 Aprel 2026, 22:45

Almaniyada güclü külək 30 metrlik ağacı bir qrup insanın üzərinə aşıb.

Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Hadisə Mittelangeln bələdiyyəsi ərazisindəki meşəlik massivdə baş verib. Təxminən 50 nəfər meşədə ənənəvi Pasxa yumurtası axtarışı keçirərkən ağac onların üzərinə aşıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Dörd nəfər aşan ağacın altında qalıb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı