Modern.az

Müharibədə ABŞ neçə təyyarə itirdi?

Müharibədə ABŞ neçə təyyarə itirdi?

Dünya

Bu gün, 02:14

İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, cümə günü vurulan F-15 qırıcısı və həmin gün qəzaya uğrayan A-10 hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarə vurulub.

Martın 2-də üç ədəd F-15 qırıcısı Küveyt HHM qüvvələrinin "dost atəşi" nəticəsində Küveyt üzərində vurulub. Martın 12-də İraqda KC-135 yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.

Martın 27-də Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında İran hücumu nəticəsində "E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib. Məlumata görə, ən azı 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay F-35 qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı