“Qalmaqallı maliyyəçi Ceffri Epşteyn hələ də sağdır”.
Modern.az xəbər verir ki, bu sözləri amerikalı sahibkar İlon Maskın atası Errol Mask RİA Novosti-yə müsahibəsində bildirib.
“Onun sağ olduğuna əminəm... Bununla bağlı heç bir şübhə yoxdur”, — deyə o bildirib.
E.Maskın sözlərinə görə, Epşteynin həbsxana kamerasında baş verənlərlə bağlı rəsmi versiya inandırıcı səslənmir, çünki bir sıra sual doğuran məqamlar var. O xatırladıb ki, hadisə zamanı həbsxanada müşahidə kameraları söndürülmüşdü və mühafizəçilər yuxuda idilər.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-dək) yoxdur. Bu, videoqeyd sistemindəki texniki problemlərlə əlaqələndirilib.
Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Manhettendəki evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, həmin qızlardan ən kiçiyinin yaşı 14 olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.
2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.
Fevralın əvvəlində ABŞ Ədliyyə Nazirliyi azyaşlılara qarşı cinayətlər və insan alveri ittihamı ilə bağlı Epşteyn işi üzrə 3 milyondan çox səhifə materialı açıqlayıb. Bu sənədlərə tanınmış şəxslərin fotoları, istintaq materialları, eləcə də Epşteynin bir çox yüksək vəzifəli şəxslər və biznesmenlərlə yazışmaları daxil edilib. Sənədlərdə adı keçən bütün şəxslər cinsi zorakılıqda iştiraklarını inkar ediblər. Bununla belə, bir çoxu Epşteynlə dostluq münasibətlərini qoruyub saxlayıb və ya ona qarşı ilk ittihamlar irəli sürüldükdən sonra belə bu münasibətləri bərpa edib.