Modern.az

İran İsraili vurdu: ölənlər var

İran İsraili vurdu: ölənlər var

Dünya

Bu gün, 09:48

İsrailin Hayfa şəhərində İranın endirdiyi raket zərbəsi nəticəsində ölənlərin və yaralananların olduğu müəyyən edilib.

Modern.az "N12" telekanalına istinadən məlumat verir ki, dağıntılar altından 2 nəfərin meyiti aşkarlanıb.

Mənbənin bildirdiyinə əsasən, hazırda xilasedici xidmətlər itkin düşmüş daha 2 nəfərin axtarışını davam etdirir. Hadisə zamanı xəsarət alan 8 nəfərə yerində tibbi yardım göstərilib, onlardan birinin vəziyyəti kritikdir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İran tərəfindən İsrail ərazisi istiqamətində növbəti raket buraxılışı həyata keçirildiyini açıqlanmışdı.

Həmçinin daha əvvəl Tehran şəhərində yerləşən universitetlərdən birinin hava hücumuna məruz qaldığı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı