ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatın dəyəri artıq 42 milyard dolları keçib.
Modern.az xəbər verir ki, bu məlumatı Iran War Cost Tracker portal yayıb.
Münaqişənin başlanmasından artıq 36 gün keçib.
Resursda ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatlara çəkdiyi qeyri-rəsmi xərclər real vaxt rejimində yenilənir. Hesablamalar Pentaqonun Konqresə təqdim etdiyi hesabat əsasında aparılıb. Həmin hesabatda bildirilirdi ki, kampaniyanın ilk 6 günü 11,3 milyard dollara başa gəlib, sonrakı dövrdə isə gündəlik xərclər təxminən 1 milyard dollar təşkil edir.
Bununla belə, portal özü qeyd edir ki, bəzi analitiklərin fikrincə, sayğacda göstərilən məbləğ əhəmiyyətli dərəcədə az göstərilmiş ola bilər.