İsrail və ABŞ vətəndaşlığı olan Moran Sagron adlı pilot, təyyarəsinin qəzaya uğramasından sonra İran ərazisində ələ keçirilib.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-lərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hesabların məlumatlarına istinadən “Gündəlik İran jurnalisti” adlı Telegram kanalı məlumat yayıb.
Məlumatda pilotun rəsmi hərbi identifikasiya məlumatları, o cümlədən ona aid edildiyi bildirilən identifikasiya nömrəsi dərc olunub.
Kanalın bildirdiyinə görə, pilot təyyarəsinin İran ərazisində qəzaya uğramasından sonra saxlanılıb.