Sabah İrana qarşı ən güclü zərbələr endiriləcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Ağ Evdə ABŞ lideri Donald Trampla keçirilən mətbuat konfransında bildirib.
"Bu gün ABŞ Prezidentinin göstərişi ilə Yaxın Şərqdə əməliyyat başlayandan bəri ən çox hava zərbəsi endiriləcək, sabah isə bu gündən də çox olacaq", - Pentaqon rəhbəri deyib.
Onun sözlərinə görə, ABŞ qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt istənilən yerə getməyə hazırdır.