Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, ehtiyatlar ölkəyə gələn yüklər və planlaşdırılan idxal hesabına qorunur.
"Neft emalı zavodları optimal səviyyədə işləyir, benzin, dizel yanacağı və neft tədarükü ilə bağlı ümumi vəziyyət sabit qalır", - deyə Maliyyə Nazirliyi bəyan edib.
Xatırladaq ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr fonunda sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.