İrana qarşı hərbi əməliyyatlar zamanı 370-dən çox amerikalı hərbçi yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə CBS News ABŞ Mərkəzi Komandanlığının sözçüsünə istinadən məlumat yayıb.
Kanalın mənbəyinə görə, təxminən 330 nəfər artıq xidmətə qayıdıb, 5 nəfər isə ağır yaralı hesab olunur.
CBS həmçinin dünən gecə Küveytdəki Əli əl-Salem hava bazasına İranın pilotsuz təyyarəsinin hücumu nəticəsində 15 amerikalı hərbçinin yaralandığını bildirib. Bir mənbəyə görə, əksəriyyəti artıq xidmətə qayıdıb.
4 apreldə Pentaqon "Epik Qəzəb" əməliyyatının başlanğıcından bəri 365 amerikalı hərbçinin yaralandığını bildirib. 13 nəfər həlak olub, onlardan 6-sı Küveytdə, 1-i isə Səudiyyə Ərəbistanında ölüb.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin sözlərinə görə, yaralanan amerikalı hərbçilərin əksəriyyəti İranın pilotsuz təyyarələrinin hücumları nəticəsində olub.