ABŞ Prezidenti Donald Trump İrana yönəlik sərt açıqlama verib.
Modern.az xəbər verir ki, o, sosial şəbəkə platforması Truth Social hesabında paylaşdığı mesajda vəziyyətin kritik həddə çatdığını bildirib.
Tramp qeyd edib ki, bu gecə baş verə biləcək hadisələr ciddi nəticələrə səbəb ola bilər:
“Bu axşam bütöv bir sivilizasiya yox ola bilər və onu bir daha geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma görünür ki, belə olacaq.
Bu gecə dünya tarixinin ən vacib anlarından biri ola bilər. Tam və qəti rejim dəyişikliyi baş verdikdən sonra daha ağıllı və daha az radikal qüvvələr ön plana çıxa bilər. Bu isə həqiqətən inqilabi və gözəl bir dəyişikliklə nəticələnə bilər – kim bilir? Bunu artıq bu gecə görəcəyik”.
ABŞ prezidenti əlavə edib ki, İranda uzun illər davam edən proseslər sona çata bilər:
“47 il davam edən təzyiq, korrupsiya və ölüm nəhayət başa çata bilər. Böyük İran xalqını Tanrı qorusun”.
Trampın bu açıqlaması regionda gərginliyin daha da artdığı bir vaxta təsadüf edir.