Modern.az

Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı

Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı

Dünya

7 Aprel 2026, 22:56

7 apreldə Rusiya və Çin Hörmüz boğazının açılması üçün İrana qarşı güc tətbiq edilməsini tələb edən qətnamənin qəbul edilməsinə mane olublar. Onlar BMT Təhlükəsizlik Şurasına çıxarılan qətnaməyə veto qoyublar.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" аgentliyi məlumat verib.

Nəticədə Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i qətnamənin qəbulunun lehinə səs verib. Daha 2 ölkə — Pakistan və Kolumbiya səsvermədə bitərəf qalıb.

Agentliyin qeyd etdiyinə görə, sənədin mətni dəfələrlə dəyişdirilib ki, Moskva və Pekini də bitərəf qalmağa məcbur etsinlər.

Qətnamə layihəsi Təhlükəsizlik Şurasına sədrlik edən Bəhreyn tərəfindən, Körfəz ölkələrinin dəstəyi ilə hazırlanıb. Sənədin ilkin variantı ölkələrə Hörmüz boğazından tranziti təmin etmək və onun bağlanmasının qarşısını almaq üçün “bütün zəruri vasitələrdən” istifadə etməyə icazə verirdi. Bu ifadə hərbi əməliyyatları da nəzərdə tutur.

Əvəzində Rusiya və Çin BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı öz qətnamə layihələrini təklif ediblər.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. O, Hörmüz boğazında təhlükəsizliyin yalnız hərbi əməliyyatların dayandırılması ilə əldə edilə biləcəyini vurğulayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani iclasda "Çinə və Rusiya Federasiyasına məsuliyyətli davranışlarına, konstruktiv yanaşmalarına və veto hüququndan BMT Nizamnaməsinin prinsiplərinə tam uyğun istifadə etdiklərinə görə minnətdarlığımızı bildiririk" söyləyib.
Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!