Modern.az

"İsrail İranla atəşkəsə razılaşıb, bir şərtlə ki..." - Netanyahu

"İsrail İranla atəşkəsə razılaşıb, bir şərtlə ki..." - Netanyahu

Dünya

Bu gün, 08:50

ABŞ İsraili əmin edib ki, İranla danışıqlar zamanı iki ölkənin ortaq məqsədlərinə sadiq qalacaq.

Modern.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahuya istinadən "The Times of Israel" nəşri məlumat yayıb.

“Birləşmiş Ştatlar qarşıdan gələn danışıqlar zamanı ABŞ, İsrail və regional müttəfiqlərin bölüşdüyü məqsədlərə nail olunmasına sadiq olduğunu İsrailə təsdiqləyib”, – deyə baş nazirin bəyanatında bildirilir.

Bundan əlavə, İsrail Trampın İrana qarşı zərbələri dayandırmaq qərarını dəstəkləyir.

“İsrail prezident Trampın İrana qarşı zərbələri iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir. Bu şərtlə ki, İran dərhal Hörmüz boğazını açsın və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırsın”, – deyə Netanyahunun bəyanatında qeyd olunub.

O əlavə edib ki, yəhudi dövləti həmçinin ABŞ-ın “İran təhdidini” neytrallaşdırmağa yönəlmiş səylərini yüksək qiymətləndirir.

Qeyd edək ki, ötən gecə ABŞ-İsrail koalisiyası ilə İran müharibəsində 2 həftəlik atəşkəs razılığı əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!