Modern.az

Tramp İranın 10 tələbinə razılaşıb? - ŞƏRTLƏR

Tramp İranın 10 tələbinə razılaşıb? - ŞƏRTLƏR

Dünya

Bu gün, 09:13

ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki hesabında bildirib ki, iki həftəlik atəşkəsdən əvvəl İranın 10 tələbini qəbul edib.

Modern.az xəbər verir ki, Trampın sözlərinə görə, Tehran ona “danışıqlar üçün qəbul edilə bilən əsas 10 maddə" təqdim edib. Eyni zamanda, iki həftəlik müddət Yaxın Şərqdə sülhün yekun razılaşdırılması üçün lazımdır.

İranın xarici işlər naziri Abbas Əraqçi isə öz növbəsində X platformasındakı səhifəsində ABŞ-ın razılaşdığını iddia etdiyi 10 maddədən ibarət siyahını dərc edib.

Siyahıya aşağıdakılar daxildir:

- hücum etməmək öhdəliyi;

- İranın Hörmüz boğazı üzərində nəzarətinin saxlanması;

- uranın zənginləşdirilməsinə razılıq;

- bütün ilkin sanksiyaların ləğvi;

- bütün ikinci dərəcəli sanksiyaların ləğvi;

- BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin qüvvədən düşməsi;

- MAQATE İdarəçilər Şurasının bütün qətnamələrinin ləğvi;

- İrana kompensasiyanın ödənilməsi;

- ABŞ qoşunlarının regiondan çıxarılması;

- Livandakı “Hizbullah”a qarşı müharibə də daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!