Modern.az

İran ABŞ-la münaqişədə qələbə ELAN ETDİ

İran ABŞ-la münaqişədə qələbə ELAN ETDİ

Dünya

Bu gün, 09:19

İranın Ali Milli Təhlükəsizlik Şurası 8 aprel tarixində bəyan edib ki, İran ABŞ-la münaqişədə qələbə qazanıb.

Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib ki, İran Vaşinqtonu Tehranın nizamlanma planını qəbul etməyə məcbur edib.

“Düşmən İran xalqına qarşı apardığı qorxaq, qanunsuz və cinayətkar müharibədə danılmaz, tarixi və sarsıdıcı məğlubiyyətə uğradı. İran böyük qələbə qazandı və cinayətkar Amerikanı 10 maddədən ibarət planını qəbul etməyə məcbur etdi”, – deyə Şuranın bəyanatında bildirilir.

Məlumat "Tasnim" agentliyi tərəfindən dərc olunub.

Bəyanata görə, Amerika tərəfi İrana qarşı hücum etməməyə təminat verməyi, Hörmüz boğazı üzərində Tehranın nəzarətini saxlamağı, uranın zənginləşdirilməsinə mane olmamağı və bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etməyi öhdəsinə götürüb.

İran Təhlükəsizlik Şurası həmçinin vurğulayıb ki, respublikanın silahlı qüvvələri ABŞ obyektlərinə zərbələr endirib və bu zərbələr “bütün dünyanın yaddaşında qalacaq”.
Bildirilir ki, Tehran regiondakı Amerika qüvvələrini, Vaşinqtonun infrastrukturunu və hərbi potensialını darmadağın edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!