Modern.az

Abbas Əraqçi atəşkəsə görə Pakistana təşəkkür etdi

Abbas Əraqçi atəşkəsə görə Pakistana təşəkkür etdi

Dünya

Bu gün, 09:32

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişədə əldə olunan atəşkəs razılaşmasına görə Pakistan rəsmilərinə təşəkkür edib.

Modern.az “Tasnim”ə istinasdən xəbər verir ki, Abbas Əraqçi Ali Milli Təhlükəsizlik Şurası adından bildirib:

“Əziz qardaşım, Pakistanın hörmətli Baş naziri cənab Şahbaz Şərifə və Pakistan Ordusunun hörmətli komandanı cənab Feldmarşal Asim Munirə bölgədəki müharibəyə son qoymaq üçün yorulmaz səylərinə görə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Pakistan Baş naziri Şahbaz Şərif ABŞ-ın 15 bəndlik təklifləri üzrə danışıqlar aparmaq istəyini İrana, Tehranın isə 10 bəndlik təkliflərini Vaşinqtona çatdırıb. Tərəflər bu əsasda danışıqlar üçün atəşkəsə razılaşıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!