ABŞ prezidenti Donald Trump İranla iki həftəlik atəşkəsin elan olunduğu günü bütün dünya üçün əlamətdar tarix adlandırıb.
Modern.az xəbər verir ki, o bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, İslam Respublikası bərpa prosesinə başlaya bilər və bununla da Yaxın Şərqdə “qızıl dövr” başlaya bilər.
“Dünya üçün böyük gündür... İran bunu istəyir, artıq bezib... ABŞ-da olduğu kimi, Yaxın Şərqdə də qızıl dövr başlaya bilər!”, - Tramp qeyd edib.