Modern.az

Atəşkəs razılaşması Livana da aiddir?

Atəşkəs razılaşması Livana da aiddir?

Dünya

Bu gün, 10:20

İsrail rəsmiləri ABŞ, İsrail və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasının Livanı əhatə etmədiyini açıqlayıb.

Modern.az xəbər verir ki, İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, sözügedən razılaşma yalnız tərəflər arasında əldə olunub və Livan bu prosesin iştirakçısı deyil.

Bununla belə, razılaşmanın əldə olunmasında vasitəçi kimi çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif fərqli mövqe sərgiləyib. O, atəşkəsin Livanı da əhatə etdiyini iddia edib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trump atəşkəslə bağlı açıqlamasında Livanın adını ümumiyyətlə çəkməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!