İsrailin müxalifət lideri Yair Lapid ölkənin baş naziri Benjamin Netanyahunu İranla atəşkəs razılaşması bağladığına görə tənqid edib.
Modern.az xəbər verir ki, Lapid “X” sosial şəbəkəsində yazıb:
"Bütün tariximizdə heç vaxt belə bir diplomatik fəlakət olmamışdı. Milli təhlükəsizliyimizin təməlləri ilə bağlı qərarlar qəbul edilərkən İsrail danışıqlar masasında belə iştirak etməmişdi".
İsrail müxalifət liderinin sözlərinə görə, “ordu onlardan tələb olunan hər şeyi yerinə yetirdi, cəmiyyət isə heyrətləndirici dözüm göstərdi”, lakin Netanyahu “diplomatik uğursuzluğa düçar oldu, strateji uğursuzluq yaşadı və özü üçün qoyduğu heç bir məqsədə nail ola bilmədi”.
“Ona görə də Netanyahu tərəfindən göstərilən eqoizm, laqeydlik və strateji planlaşdırmanın olmaması nəticəsində yaranmış diplomatik və strateji zərərləri aradan qaldırmaq üçün bizə illər lazım olacaq”, – Lapid vurğulayıb.