Modern.az

ABŞ tam və qəti qələbə qazanıb - Tramp

ABŞ tam və qəti qələbə qazanıb - Tramp

Dünya

Bu gün, 10:30

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton İranla iki həftəlik atəşkəsə razılaşmaqla "tam və qəti qələbə" qazanıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə AFP xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Sazişin elan edilməsindən qısa müddət sonra Tramp qısa telefon müsahibəsində deyib: "Tam və qəti qələbə. 100 faiz. Buna şübhə yoxdur".

O, həmçinin bildirib ki, atəşkəsin bir hissəsi olaraq İranın uran ehtiyatlarına "əla səviyyədə baxılacaq". O, Çinin İrana ABŞ ilə razılığa gəlməyə kömək etdiyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!