Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə edilən atəşkəslə bağlı paylaşım edib.
Modern.az-ın məlumatına görə, X hesabında paylaşım edən Ərdoğan atəşkəsin əldə edilməsini alqışlayıb.
"28 fevraldan bəri bölgəmizi döyüş meydanına çevirən müharibədə dünən gecə elan edilən atəşkəsi alqışlayırıq. Ümid edirik ki, atəşkəs mümkün təxribatlar və sabotajlara imkan vermədən yerində tam şəkildə tətbiq olunacaq. Atəşkəsə aparan prosesdə əməyi keçən bütün iştirakçıları, xüsusən də dostumuz və qardaşımız Pakistanı ürəkdən təbrik edirik. Müharibə, münaqişə, gərginlik və zülmdən çox əziyyət çəkən bölgəmizin ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə nail olmasını səmimi qəlbdən arzulayırıq. Türkiyə bölgədə və dünyada sülh üçün səsini ucaltmağa davam edəcək", - deyə prezident qeyd edib.