Modern.az

Nüvə tozunu İranla birgə təmizləyəcəyik - Tramp

Nüvə tozunu İranla birgə təmizləyəcəyik - Tramp

Dünya

Bu gün, 16:06

Vaşinqton və Tehran sanksiyaların aradan qaldırılması və tariflərin endirilməsi məsələlərini müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, ABŞ-ın təklif etdiyi sülh müqaviləsinin 15 bəndindən çoxu artıq razılaşdırılıb.

Tramp həmçinin Tehranın uranı zənginləşdirməyəcəyini və ABŞ-ın İranla birlikdə “dərin basdırılmış bütün nüvə "tozunu" qazıb təmizləyəcəyini iddia edib.

Prezident "TruthSocial" sosial media platformasında ABŞ-ın İrana silah tədarük edən ölkələrə dərhal 50% tarif tətbiq edəcəyini də qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada