İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin ABŞ-la atəşkəs razılaşmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, Vilayəti “X” platformasında yazıb: “ABŞ atəşkəsi qəbul etməyə məcbur oldu; bu isə açıq strateji məğlubiyyəti göstərən bir reallıqdır”.
Əli Əkbər Vilayəti əlavə edib ki, İran İslam Respublikasının silahlı qüvvələri ilk gündə olduğu kimi ən yüksək hazırlıq səviyyəsindədir və “ibri-ərəb-amerikan cəbhəsi” tərəfindən atəşkəsin pozulması ilə bağlı hər hansı səhv hesablamaya qarşı qəti və çəkindirici cavab verəcək.
Vilayəti vurğulayıb: “Dünyada yeni güc düzənində və çoxqütblü sistemə doğru hərəkət fonunda İran artıq yalnız bir ölkə deyil, İslam qütbünün mərkəzi kimi çıxış edir”.
Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub.