İranın atəşkəs planını qəbul etməsindən bir gün sonra ABŞ–İran müharibəsini dayandırmaq üçün aparılan danışıqlarda mərkəzi rol oynayan əsas neft nəqliyyat marşrutu olan Hörmüz boğazının diplomatik danışıqlara əsaslanaraq açıq olduğuna inanırıq.
Modern.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Baş Qərargah sədri, general Den Keyn bildirib.
Müharibə naziri Pit Hegset isə məsələ ilə bağlı bunu deyib: “Razılaşdırılan və açıqlanan odur ki, boğaz açıqdır. Bizim hərbçilərimiz və əlbəttə, onların hərbçiləri də izləyir, amma ticarət axını davam edəcək,” – Hegset əlavə edib.
CNN daha əvvəl xəbər verib ki, atəşkəsin başlamasından bəri ən azı iki gəmi boğazdan təhlükəsiz keçib, bu barədə "MarineTraffic"dən məlumat alınıb. Lakin gəmi izləmə platforması qeyd edir ki, regionda hələ də yüzlərlə gəmi mövcuddur.