Modern.az

Livanda matəm elan olundu

Livanda matəm elan olundu

Dünya

Bu gün, 06:28

Livanda İsrailin hücumları nəticəsində həlak olanların xatirəsinə 9 aprel milli matəm günü elan edilib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nəvaf Salam sərəncam imzalayıb.

Məlumata görə, hücumlar nəticəsində 254 nəfər həlak olub.

Dövlət qurumları, ictimai təşkilatlar və bələdiyyələr bağlanacaq, ölkə üzrə bayraqlar endiriləcək.

Eyni zamanda radio və televiziya proqramlarında dəyişikliklər ediləcək.

Sizə yeni x var
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada