Modern.az

Tramp İrana xəbərdarlıq etdi: daha güclü zərbələr olacaq

Tramp İrana xəbərdarlıq etdi: daha güclü zərbələr olacaq

Dünya

Bu gün, 10:08

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın pozulacağı təqdirdə daha sərt hərbi addımlar atılacağı ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri bildirib ki, bölgədə yerləşdirilən hərbi qüvvələr və texnika real razılaşma tam icra olunana qədər mövqelərini qoruyacaq:

“ABŞ-nin bütün gəmiləri, təyyarələri və hərbi personalı, eləcə də əlavə sursat və silahlar, zəiflədilmiş düşmənin izlənməsi və məhv edilməsi üçün lazım olan hər şey, İranda və onun ətrafında qalacaq. Bu, əldə olunan REAL RAZILAŞMA tam yerinə yetirilənə qədər davam edəcək”.

Tramp əlavə edib ki, razılaşma baş tutmasa, ABŞ daha genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər:

“Əgər hər hansı səbəbdən bu baş verməsə, hansı ki, bu çox az ehtimallıdır, o zaman atəş açılacaq. Bu, indiyə qədər görüləndən daha geniş, daha keyfiyyətli və daha güclü olacaq”.

ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır:

“Uzun müddətdir qərar verilib: heç bir nüvə silahı olmayacaq. Hörmüz boğazı isə açıq və təhlükəsiz qalacaq”.

Tramp həmçinin qeyd edib ki, ABŞ ordusu hazırda qüvvələrini bərpa edir və növbəti addımlara hazır vəziyyətdədir:

“Bizim böyük hərbçilərimiz ehtiyatlarını yeniləyir və istirahət edir, eyni zamanda növbəti qələbəni səbirsizliklə gözləyirlər. Amerika geri döndü!”.

1512042

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada