Modern.az

Çeçenlər İran üçün vuruşmayacaq Kadırov

Çeçenlər İran üçün vuruşmayacaq - Kadırov

Dünya

Bu gün, 10:10

Çeçenistan bölmələrinin İran tərəfində mümkün hərbi əməliyyatlarda iştirakını nəzərdən keçirmir.

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov bildirib.

"İnternetdə çeçen bölmələrinin guya Amerikanın quru hücumunu dəf etmək üçün İrana doğru irəliləməyə hazır olduğu barədə şayiələr yayılır. Əgər İran yalnız ABŞ və İsrailə qarşı döyüşsəydi, bu, çox güman ki, baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər.

Şübhəsiz ki, mən şəxsən İran tərəfini dəstəkləyirəm. Lakin İranın Ərəb Körfəzi ölkələrindəki mülki hədəflərə və mülki infrastrukturlara zərbələrini dəstəkləmirəm. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla qardaşlıq münasibətlərim var. Bu və digər üçüncü ölkələrdəki mülki şəxslərin münaqişənin günahsız qurbanlarına çevrilməsini görmək məni çox kədərləndirir", - deyə Kadırov deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada