Modern.az

XİN rəhbəri: İsrail zərbələri zamanı az qala həlak olacaqdım

XİN rəhbəri: İsrail zərbələri zamanı az qala həlak olacaqdım

Dünya

Bu gün, 10:14

Belçikanın xarici işlər naziri Maksim Prevo Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr zamanı həyatının təhlükə altında qaldığını bildirib.

Modern.az xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb. 

Onun sözlərinə görə, Livana səfərinin məqsədi həmrəylik nümayiş etdirmək olub, lakin səfər zamanı gözlənilməz hadisə baş verib:

“Mən Livana dəstək və həmrəylik ifadə etmək üçün gəlmişdim. Prezident Jozef Aunla görüşdən az əvvəl İsrail xəbərdarlıq etmədən ən böyük hücumlardan birini həyata keçirdi. Biz səfirlikdə idik və raketlər bizdən cəmi bir neçə yüz metr məsafəyə düşdü”.

Bununla belə, qeyd olunur ki, Beyrutda “Hizbullah” hədəflərinə qarşı həyata keçirilən hücumlarla bağlı əvvəlcədən müəyyən xəbərdarlıqlar edildiyi bildirilir.

1512046

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada