Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradzeyə polkovnik rütbəsi verib.
Modern.az-ın məlumatına görə, bu, Kobaxidzenin Mdinaradzeyə həmin vəzifəyə təyin olunduqdan sonra təqdim etdiyi artıq altıncı hərbi rütbədir.
Qısa müddətdə baş verən bu sürətli karyera artımının xronologiyası belədir:
3 sentyabr 2025-ci il – leytenant,
23 oktyabr 2025-ci il – baş leytenant,
25 dekabr 2025-ci il – kapitan,
26 dekabr 2025-ci il – mayor,
10 aprel 2026-cı il – polkovnik-leytenant,
və nəhayət, polkovnik.
Beləliklə, Mdinaradze rekord qısa müddətdə leytenantdan polkovnik rütbəsinədək yüksəlib.