ABŞ Rusiya lideri Vladimir Putinlə mümkün görüş məkanına çevrilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın RAI radiostansiyasına müsahibəsində bildirib.
"Mən Putinlə görüşməyə hazıram. Qətiyyən Moskvada və ya Kiyevdə yox. Amma görüşə biləcəyiniz bir çox yer var. Görüş Yaxın Şərq, Avropa və ya ABŞ-da ola bilər", - deyə o qeyd edib.