Müsəlman dünyası əsl və əbədi düşmənlərinin Hindistanla İsrail olduğunu qəbul etməlidir.
Modern.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif parlamentdə çıxışı zamanı bildirib.
"Müsəlman dünyası əsl və əbədi düşmənlərinin Hindistan və İsrail olduğunu qəbul etməli, atəşkəsi qorumaq və sülhə təhdidlərin qarşısını almaq üçün ayıq-sayıq olmalıdır. İsrailin təsiri Avropaya, ABŞ-a və ərəb dünyasına yayılıb. Pakistanın indi buna qarşı mübarizədə liderlik rolu oynamaq üçün əhəmiyyətli bir fürsəti var",- deyə o vurğulayıb.