Moldova Respublikası Müstəqil Dövlətlər Birliyindən çıxıb.
Modern.az xəbər verir ki, ölkə prezidenti Maya Sandu bu barədə müvafiq fərman imzalayıb.
Fərmana əsasən, təşkilatın təsis müqaviləsi, müvafiq protokollar və nizamnamə MDB-nin əsas sənədləri çərçivəsində ləğv edilib.
Ötən ay Moldova hökuməti MDB-nin əsas müqavilələrini ləğv edib, bu ayın əvvəlində isə parlament bu qərarı təsdiqləyib.
Xatırladaq ki, Moldova 1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılıb və 1994-cü ildə MDB-yə qoşulub.