Modern.az

Xaç suyuna salınarkən boğuldu

Xaç suyuna salınarkən boğuldu

Dünya

Bu gün, 14:34

Böyük Britaniyada qadın keşişin həyata keçirdiyi xaç suyuna salma mərasimi faciə ilə nəticələnib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şeril Bartli Londonda öz evində, həyətdə qurduğu kiçik uşaq hovuzunda xaç suyuna salma mərasimləri təşkil edirmiş. Bu məqsədlə onun yanına gələn 61 yaşlı kişi mərasim zamanı gözlənilmədən həyatını itirib. Belə ki, kiçik hovuzda boğularaq ölüb.

Məlumata görə, Bartli prosesi sosial şəbəkə hesabında canlı yayımlayıb. Daha sonra paylaşdığı videoda mərhum şəxsi İsa ilə birlikdə gördüyünü iddia edib.

Hadisə ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları qadının hərəkətlərində ehtiyatsızlıqdan adam öldürmə əlamətləri müəyyən edib və ona qarşı ittiham irəli sürülüb. Kişinin ölümünün dəqiq şəraiti məhkəmə maraqları naminə açıqlanmasa da, qadını həbs cəzası gözlədiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada