Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan azərbaycanlı Rüstəm Dilavər oğlu Mustafayev bu gün son mənzilə yola salınıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist-diaspor fəalı Anar Natiqoğlu bildirib.
Rüstəm Mustafayev əslən Naxçıvanın Şahbuz rayonu Badamlı kəndindən idi.
Ukrayna vətəndaşı olan 33 yaşlı soydaşımız yaşadığı Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olmuşdu.
“Məscidin qarşısında vida mərasimindən sonra maşın karvanı qəbiristanlığa yola düşüb.
Mərasimdə diasporumuzun fəalları, mərhumun döyüş yoldaşları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dəfn mərasimi yaylım atəşi ilə müşaiyət olunub”, - A.Natiqoğlu qeyd edib.