İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1150-dən çox insan yaralanıb.
Modern.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.
Məlumata görə, aprelin 8-də İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna qarşı fevraldan bəri ən böyük hücumu həyata keçirib.