Modern.az

YouTuber-lər Amazon-u məhkəməyə verdi

YouTuber-lər Amazon-u məhkəməyə verdi

Dünya

Bu gün, 05:50

ABŞ-də bir qrup "YouTube" kontent yaradıcısı "Amazon" şirkətinə qarşı kollektiv iddia qaldırıb.

Modern.az TNW platformasına istinadən bildirir ki, şirkət onların videolarını "YouTube" platformasından icazəsiz şəkildə yükləyərək süni intellekt modeli olan Nova Reel-in öyrədilməsi üçün istifadə edib.

Şikayətçilər arasında məşhur H3H3 Productions kanalının sahibi şirkət, həmçinin fərdi golf kontent yaradıcısı və bir golf media platforması yer alır. Onlar bildirirlər ki, Amazon YouTube-un texniki qoruma sistemlərini aşmaq üçün virtual maşınlardan və IP ünvanlarının dəyişdirilməsi üsullarından istifadə edib.

İddia əsasən Digital Millennium Copyright Act (DMCA) qanununun “anti-circumvention” (texniki qorumanın aşılması) maddəsinə əsaslanır. Şikayətçilərin fikrincə, YouTube-un qoruma mexanizmlərini keçərək videoların yüklənməsi qanun pozuntusudur, hətta bu videolar açıq şəkildə platformada mövcud olsa belə.

 Maraqlı məqamlardan biri də odur ki, bu iş təkcə Amazona qarşı deyil. Eyni qrup daha əvvəl Nvidia, Meta, OpenAI və digər texnologiya nəhənglərinə qarşı da oxşar iddialar qaldırıb. Bu isə süni intellekt sahəsində “data haradan gəlir?” sualını daha da aktuallaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada