Modern.az

"Trampdan başqa heç bir ABŞ prezidenti Netanyahunun planını qəbul etməyib" - Con Kerri

"Trampdan başqa heç bir ABŞ prezidenti Netanyahunun planını qəbul etməyib" - Con Kerri

Dünya

Bu gün, 09:20

"Trampdan başqa heç bir prezident Netanyahunun İrana hücum planını qəbul etməyib".

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri açıqlayıb.

"Netanyahu Obama prezidentliyi dövründə də İrana hücum planlarını təqdim etmişdi. Obama bu planı rədd edib", - Con Kerri deyib.

"Co Bayden və Corc Buş da daxil olmaqla, digər ABŞ prezidentləri də bu planlara qarşı çıxıblar", - keçmiş dövlət katibi əlavə edib.

Con Kerrinin sözlərinə görə, Tramp İrana hücum planını qəbul edən yeganə ABŞ prezidentidir.

Siyasi analitiklərin fikrincə, müxtəlif dövrlərdəki ABŞ prezidentləri İranla hərbi münaqişəyə girməyin təhlükələrini bilərək belə riskli qərar verməkdən çəkiniblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!