Modern.az

Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu

Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu

Dünya

10 Aprel 2026, 23:38

Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Rusiya ordusunu yanacaqla təmin edən iki qazma platformasına zərbə endirib.

Modern.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Bildirilib ki, aprelin 10-na keçən gecə Ukrayna qüvvələri Xəzər dənizinin şelfində yerləşən obyektlərə hücum ediblər. Zərbələr Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ