ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə gəmi müharibənin başlanmasından sonra ilk dəfə Hörmüz boğazından keçib.
Modern.az xəbər verir ki, bu barədə Axios-un jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, məlumatı yüksəkvəzifəli amerikalı rəsmidən əldə edib.
Bildirilib ki, bu addım İranla razılaşdırılmayıb və müharibə başlayandan bəri ABŞ hərbi gəmilərinin boğazdan ilk keçidi hesab olunur.