Modern.az

İsrail Livanı yenidən vurdu: Ölənlər var

İsrail Livanı yenidən vurdu: Ölənlər var

Dünya

Bu gün, 13:44

İsrailin son saatlarda Livanın cənubuna hava hücumları nəticəsində 24 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə "Al Jazeera" Livanın Milli xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin Tir dairəsinin Maarub şəhərində reydi nəticəsində altı nəfər ölüb. Qana şəhərinə hücum nəticəsində daha beş nəfər həlak olub.

Livan mənbələrinin məlumatına görə, İsrailin həmçinin Tefaxta şəhərinə hava hücumu nəticəsində azı 13 nəfər ölüb.

Agentlik həmçinin Əl-Bazuriye, Kalila, Bafliye, Klafiya, Kafra, Haris, Raçaf və Srebbin şəhərlərinə də hava hücumları barədə məlumat verib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ