ABŞ Prezidenti Donald Trump Çinə xəbərdarlıq edib.
Modern.az-ın məlumatına əsasən, Ağ Ev qarşısında jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Pekin İrana silah tədarük edərsə, ciddi nəticələrlə üzləşə bilər.
“Əgər bu addım atılarsa, Çin üçün böyük problemlər yarana bilər”, – deyə ABŞ prezidenti vurğulayıb.
Daha əvvəl CNN telekanalı kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, Çin üçüncü ölkələr vasitəsilə daşınacaq zenit-raket kompleksləri partiyasını göndərməyə hazırlaşır.
Çinin ABŞ-dakı səfirliyi isə bu iddiaları təkzib edib və Pekinin münaqişənin heç bir tərəfinə silah vermədiyini açıqlayıb.