ABŞ Prezidenti Donald Trump Hörmüz boğazı ilə bağlı kəskin qərar açıqlayıb. O, boğazın blokadaya alındığını bəyan edərək, İranı verdiyi vədləri yerinə yetirməməkdə ittiham edib.
Modern.az xəbər verir ki, Prezidentin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri artıq boğaza daxil olan və ya onu tərk edən bütün gəmilərin nəzarətə götürülməsi və bloklanması prosesinə başlayır. Tramp sosial şəbəkədə paylaşımında bildirib ki, İrana keçid üçün ödəniş edən istənilən gəmi saxlanılacaq.
Ağ Ev rəhbəri İranın bu addımlarını “qanunsuz reket fəaliyyəti” kimi qiymətləndirib və rəsmi Vaşinqtonun buna imkan verməyəcəyini vurğulayıb.
İran isə hələlik məsələyə rəsmi reaksiya verməyib.
Tramp əlavə edib ki, Tehran nüvə proqramı ilə bağlı ambisiyalarından geri çəkilmək niyyətində deyil və bu vəziyyət bölgədə gərginliyi daha da artırır.