Modern.az

Səudiyyə Ərəbistanı İraq səfirini nazirliyə ÇAĞIRDI

Səudiyyə Ərəbistanı İraq səfirini nazirliyə ÇAĞIRDI

Dünya

Bu gün, 02:12

İraqın Səudiyyə Ərəbistandakı səfiri Sufiya Talib əs-Suheylini Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN məlumat yayıb. Bildirilib ki, diplomata ölkə ərazisinə və Fars körfəzi dövlətlərinə qarşı dron hücumları ilə əlaqədar etiraz notası təqdim edilib.

Sənəddə krallığa və Fars körfəzi ölkələrinə qarşı davam edən hücum və təhdidlər pislənilib.

Səudiyyə tərəfi İraqın bu cür hücumların qarşısını almaqda məsuliyyət daşıdığını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ